ABŞ-ın “Boeing” aviakonserni Rusiya aviaşirkətlərinə ehtiyat
hissələrinin tədarükünü və onlara texniki dəstəyi dayandırıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı “Boeing” rəsmi bəyanat yayıb.
“Biz Rusiya aviaşirkətlərinə ehtiyat hissələrinin tədarükü,
onlara texniki xidmət və texniki dəstəyi dayandırırıq”, – bəyanatda
deyilir.
Bundan əvvəl “Boeing” Ukrayna ətrafında yaranmış vəziyyətlə
əlaqədar Kiyevdəki ofisinin, eləcə də Moskvadakı Skolkovo təlim
mərkəzinin işini dayandırmışdı. Bu təlim mərkəzi Boeing
təyyarələrində uçan pilotların yenidən hazırlanması və
ixtisaslarının saxlanılması üçün ən yaxşı yerlərdən biri hesab
olunur.