“Boeing” şirkəti 2019-cu ildə “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing 737 MAX” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə kompensasiya ödəməyə razılaşıb.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verib.
Bildirilir ki, “Boeing” şirkəti qəza nəticəsində yaxınlarını itirmiş bütün ailələrin tam və ədalətli şəkildə kompensasiya almasını təmin etməyə çalışır.
Kompensasiyanın dəqiq məbləği barədə məlumat verilmir.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında “Boeing” şirkəti “Boeing 737 MAX” təyyarələrinin istehsalını dayandırıb. İstehsalın dayandırılmasına səbə 2018-ci ildə İndoneziyada, 2019-cu ildə isə Efiopiyada bu model sərnişin təyyarələrinin qəzaya uğraması olub.
Qeyd edək ki, iki qəza nəticəsində təxminən 350 nəfər həlak olub.