Türkiyənin Muğla vilayətinin Bodrum şəhərindəki otellərin birində atışma baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Məlumata görə, otelə maşınla gələn 3 nəfərlə orada olan digər 3 nəfər arasında silahlı qarşıdurma yaranıb.
Hadisə nəticəsində 1 nəfər öldürülüb. Digər 3 nəfər isə yaralanaraq xəstəxanaya aparılıb.