BNA 7 küçə və prospektdə avtobus zolaqlarının təşkilini yekunlaşdırdı

Xəbər - Samir Əli – Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) 7 küçə və prospektdə xüsusi avtobus zolaqlarının təşkilini yekunlaşdırıb.

Agentliyin mətbuat katibi Mais Ağayev AzerTimes-a açıqlamasında bildirib ki, hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür:


“Bunun üçün ilk növbədə layihələndirmə işləri aparılır. Seçilmiş küçə və prospektlərdə avtobusların hərəkət intensivliyi baxımından paytaxtın ictimai nəqliyyat dəhlizləri hesab olunur. Sadalanan yollardan gün ərzində yüzminlərlə ictimai nəqliyyat istifadəçisi hərəkət edir. Ümumilikdə 10 küçə və prospektdə xüsusi zolaqlar yaradılacaq. Zolaqların təşkilində əsas məqsəd, müntəzəm və ekspres xətlər üzrə avtobusların sərbəst hərəkətini təmin etməkdir”.

Teqlər: