BMW, Mercedes və General Motors 223 min avtomobili nasazlıqlar səbəbindən geri çağırır

BMW Koreya, GM və Mercedes-Benz Koreya avtomobil şirkətləri Koreyada 223 min avtomobili təmir və ya nasaz hissələrin dəyişdirilməsi üçün könüllü olaraq geri çağıracaq.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin dövlət ərazilər, ifrastruktur və nəqliyyat nazirliyi məlumat yayıb.

Bildirilir ki, BMW 520d model sedanlarda EGR (işlənmiş qazların təkrar sirkulyasiyası) sisteminin soyuducularını dəyişəcək, General Motors Cadillac CT6 sedanında yan işıqlarlı, Mercedes-Benz isə S400d 4MATIC premium sedanında əyləc sistəmindəki nasazlıqları aradan qaldıracaq.

Qeyd olunur ki, geri çağırılan nəqliyyat vasitələrinin sahibləri hissələrin təmənnasız dəyişdirilməsi üçün ixtisaslaşdırılmış servis mərkəzlərinə müraciət edə bilərlər.