BMW şirkəti “iDrive” multimedia sisteminin imkanlarının funksiyalarını genişləndirdiyini elan edib.
Xüsusilə cari ilin payızından əyləncəli komplekslərə “Skype” messenceri əlavə ediləcək.
Multimedia sisteminə belə bir əlavənin edilməsi avtomobilin içində konfrans rabitədən istifadə etməyə imkan verəcək. Nəzərdə tutulan onlayn görüşlər barədə bildirişlər multimedia sisteminin ekranında görünəcək. Danışıqlara qoşulmaq üçün sürücünün “iDrive” sisteminin coystikini sıxması kifayətdir.
Qeyd etmək lazımdır ki, “Skype”dan başqa BMW avtomobilləri “Microsoft Exchange” sistemi ilə də təchiz ediləcək. O, təqvimləri, poçt qutusunu və əlaqə nömrələrini mobil cihazlar və kompüterlərlə sinxronlaşdırmağa imkan verəcək.