BMW Almaniyada daha bir zavodun fəaliyyətini müvəqqəti dayandırıb

Almaniyanın BMW şirkəti ölkənin cənubundakı Regensburq
şəhərindəki avtomobil zavodunun fəaliyyətini bir həftə müddətinə
dayandırıb.

Trend-in
məlumatına görə, şirkətin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, zavodun işi Ukraynada istehsal olunan
yarımkeçiricilərin qıtlığı ilə əlaqədar dayandırılıb. Bir həftdən
sonra zavodun işinin bərpa olunub-olunmyacağı məlum deyil.

BMW-nin Regensburq zavodunda gündəlik olaraq minə yaxın X1, X2
və 1 modelləri istehsal olunurdu.

Bundan əvvəl BMW Münhen, Dinqolfinq və Ştayr şəhərlərində
zavodların işini müvəqqəti dayandırmışdı.