Xəbər - Orxan Nəbiyev – Trend:
BMW şirkəti Almaniyada 430 min avtomobili geri çağırıb.
AzerTimes-ın məlumatına görə, qərar avtomobillərdə yanğın təhlükəsi ilə əlaqədar verilib.
Qeyd olunur ki, bəzi avtomobillərdə qısa qapanma, naqillərin əriməsi, eləcə də yanma halları baş verə bilər.
Geri çağırılma 2004-2012-ci illərdə istehsal olunmuş E90-E93 kodlu modellərə şamil olunur.