Bakı Mühəndislik Universitetinin (BMU) nizamnamə fondu bir milyon manat müəyyənləşib.
AzerTimes xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Bakı Mühəndislik Universitetinin Nizamnaməsi”ndə öz əksini tapıb.
Ali təhsil müəssisəsinin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.
Universitet ona verilmiş əmlakdan yalnız nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Onun əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır.
Ali təhsil müəssisəsi əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirliyi ilə razılaşdırmaqla həyata keçirir.