Bakı Mühəndislik Universitetində (BMU) növbəti tədris ili üçün iki ixtisasa qəbul dayandırılıb.
Universitetdən AzerTimes-a bildirilib ki, qəbul planı kadr və mütəxəssislərə olan tələbat nəzərə alınaraq hər il müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir.
Qeyd olunub ki, BMU-nun ingilis dilində tədris aparılan iqtisadiyyat və pedaqoji ixtisaslarına növbəti tədris ili üçün qəbul nəzərdə tutulmayıb:
“Tədrisi Azərbaycan dilində aparılan iqtisadiyyat, pedaqoji və digər bütün ixtisaslar üzrə qəbul planı isə əvvəlki illərdə olduğu kimi saxlanılıb”.