Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında ümumi müzakirələrinin açılışına qatılan prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb.
Dövlət başçısı səfəri çərcivəsində müzakirələrin açılışına qatılıb, ABŞ prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar təşkil edilən qəbulda iştirak edib.
Ötən gün İlham Əliyev assambleya qarşısında çıxış edib.
Dövlət başçısı qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonu dəyişilməz saxlaması üçün əlindən gələni edir və danışıqlardan yayınır: “Ermənistan 24 ildir BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələrə məhəl qoymur və buna görə heç bir məsuliyyət daşımır”.