BMT yox olacaq, qarşısını almalıyıq – Ərdoğan

BMT yox olacaq, qarşısını almalıyıq – Ərdoğan

BMT səmərəsizləşib və Qəzza zolağındakı hadisələrə heç bir şəkildə təsir göstərə bilməz.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“BMT əsaslı şəkildə yenidən qurulmalı, ədalətsiz strukturu dəyişdirilməlidir. BMT-nin parçalanmasının və yox olmasının qarşısını almaq üçün sanksiya gücünə malik funksional və hətta çəkindirici bir quruluş almalıdır”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, daimi üzvlük və veto sistemlərinə yenidən baxılmalıdır.

Teqlər: