BMT-nin Humanitar Fondu Ukraynanın şərqində və cənubunda humanitar əməliyyatlar üçün 50 milyon dollar ayırıb.
AzerTimes xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Onun sözlərinə görə, 18 milyondan çox insanın humanitar yardıma ehtiyacı var.
“2022-ci ildə fonda 327 milyon dollardan çox vəsait daxil olub”, – BMT rəsmisi bildirib.