BMT Ukrayna məsələsində sülh səylərinə görə Türkiyəyə minnətdarlıq ifadə edib

BMT Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün
İstanbul danışıqları çərçivəsində Türkiyəyə göstərdiyi səylərə görə
təşəkkür edib.

Trend xəbər verir ki, təşkilatın baş katibinin sözçüsü Stefan
Dyujarik brifinq zamanı bu məsələyə xüsusi toxunub.

“Bu səylərə görə Türkiyəyə çox minnətdarıq. Ümid edirik ki,
eşitdiyimiz bəyanatlar və vədlər yerlərdə konkret hərəkətlərə
çevriləcək, bu da atəşkəs deməkdir”, S.Dyujarik qeyd edib.

Onun sözlərinə görə, BMT İstanbulda aparılan danışıqların uğurlu
nəticələr verməsi üçün yardım etməyə davam edəcək.

Qeyd edək ki, martın 29-da İstanbulda “Dolmabağça” sarayında
Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü keçirilib. Bu
barədə razılıq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya
prezidenti Vladimir Putin arasında telefon danışığı zamanı əldə
olunub.

Teqlər: