BMT Təhlükəsizlik Şurasına sədrlik İsveçrədən Böyük Britaniyaya keçib.
AzerTimes-ın məlumatına görə, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə ay ərzində TŞ-nin gündəmində olacaq.
O deyib ki, BMT-nin Qəzzaya effektiv humanitar yardım göstərməsi üçün ölkəsi səfərbər olacaq:
“Böyük Britaniya Fələstinin yeni hökümətini dəstəkləyir və ətəşkəs üçün səylərin güclənəcəyinə ümid edirik”.
B.Vudvord qeyd edib ki, Ukraynada davam edən münaqişə də TŞ-nin gündəmində olacaq.