Mayın 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı
iclas keçirəcək.
Trend “TASS”-a
istinadla xəbər verir ki, bu barədə Şuranın yaydığı məlumatda
deyilir.
Qeyd olunur ki, iclas may ayında qurumda sədrlik edən ABŞ-ın
rəhbərliyi ilə keçiriləcək.
Bundan əvvəl Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi
Barbara Vudvord bildirmişdir ki, iclasda BMT-nin baş katibi Antonio
Quterreşin Kiyevə səfəri də müzakirə olunacaq.