BMT Təhlükəsizlik Şurası bu gün Şərqi Qüdsdə fələstinlilərlə İsrail polisi arasında yaşanan qarşıdurmalar ətrafında vəziyyəti müzakirə etmək üçün iclas keçirəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi diplomatik mənbələrə istinadən xəbər verir.
Mənbələrin məlumatına əsasən, iclasın keçirilməsinin təşəbbüskarları qismində Tunis, İrlandiya, Çin, Estoniya, Fransa, Norveç, Niger, Sent-Vinsent və Qrenadin və Vyetnam çıxış ediblər.