BMT TŞ Rusiya sədrliyi ilə bu hücuma görə toplanır

BMT TŞ Rusiya sədrliyi ilə bu hücuma görə toplanır

Sabah BMT Təhlükəsizlik Şurası Rusiyanın Kiyevdəki uşaq xəstəxanasına raket hücumunu müzakirə etmək üçün toplaşacaq.

AzerTimes xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.

“Maksimum absurd… Çünki məhz bu Təhlükəsizlik Şurasına indi Rusiya rəhbərlik edir.

Bizim dünyamızda qatillər millətlərin təhlükəsizliyinə cavabdehdirlər”.

Qeyd edək ki, son məlumatlara görə, Rusiya silahlı qüvvələrinin Ukraynanın müxtəlif şəhərlərində mülki infrastruktura kütləvi raket hücumları nəticəsində 28 nəfər ölüb, 112 nəfər yaralanıb.

Teqlər: