BMT Təhlükəsizlik Şurası Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclas keçiriləcək.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Təhlükəsizlik Şurasının Siyasi Məsələlər Departamentindən Nikolay Qalkin məlumat verib.
N.Qalkin bildirib ki, iclas Ermənistanın Təhlükəsizlik Şurasına müraciəti əsasında təşkil olunacaq.
Hər iki ölkənin nümayəndəsinin iclasda iştirakı planlaşdırılır. İclasın bağlı qapılar arxasında keçirilməsi və TŞ-yə üzv dövlətlərdən gələn cavaba əsasən sentyabrın 14-də baş tutması planlaşdırılır.