BMT TŞ-nin İsraillə bağlı təcili iclası başladı

BMT TŞ-nin İsraillə bağlı təcili iclası başladı

BMT Təhlükəsizlik Şurasının İsraildə baş verən hadisələrlə bağlı iclası başlayıb.

AzerTimes xəbər verir ki, iclasın qapalı rejimdə keçirildiyi bildirilir.

İsraili bu ölkənin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan təmsil edir.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS və “İslami-Cihad” “Əqsa tufanı” əməliyyatı elan edərək, İsrailə hücum edib. Hücum nəticəsində 700-dən çox israilli ölüb, 2,2 min nəfər isə yaralanıb.

İsrail ordusu rəsmən müharibə elan edildiyini açıqlayaraq, cavab tədbirlərinə başlayıb.

Teqlər: