BMT Təhlükəsizlik Şurasının qlobal səviyyədə islahatlara ehtiyacı var.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal deyib.
“Mərkəzi BMT olmaqla, hazırkı çoxtərəfli sistem nəsilləri müharibədən qorumaq üçün qurulub. Ancaq bu məsələdə uğurlu olduğumuzu söyləmək çətindir. Bunun səbəblərini ətraflı nəzərdən keçirməliyik. BMT TŞ-nin qlobal səviyyədə islahatlara ehtiyacı var”, – Önal bildirib.