BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut

BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut

BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib.

AzerTimes xəbər verir ki, iclas iştirakçıları həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Teqlər: