BMT Təhlükəsizlik Şurasında hər kəs Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasından, həmçinin vəziyyətin siyasi və diplomatik yollarla həllindən danışıb.
AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya məlumat verib.
Rusiyalı diplomat qeyd edib ki, məsləhətləşmələr bağlı qapılar arxasında keçirilib.
“Hamı yekdilliklə tezliklə atəşkəsin və vəziyyətin siyasi-diplomatik yollarla nizamlanmasının tərəfdarı olduğunu söyləyib. İndi press-elementlər müzakirə olunur, onları yekunlaşdıran ekspertlər hələ də zaldadır”, – Nebenzya bildirib.
Onun sözlərinə görə, Moskva bu press-elementlərdə Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin 2020 və 2021-ci illərdəki üçtərəfli bəyanatlarına istinad olunmasını təkid edir.