BMT TŞ-nin əsas çatışmazlığı budur, islahat olmalıdır – Pavel

BMT TŞ-nin əsas çatışmazlığı budur, islahat olmalıdır – Pavel

Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan qonşularına qarşı təcavüz üçün kart-blanş kimi istifadə edir. Ona görə də təşkilatda islahatlar aparılmalıdır.

AzerTimes xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel BMT Baş Assambleyasının tribunasından bildirib.

“Rusiyanın Ukraynaya qarşı ədalətsiz və əsassız müharibəsini nəzərə alsaq, biz etiraf etməliyik ki, Təhlükəsizlik Şurasına üzvlük kart-blanş deyil. Heç kimin cəzalandırılmadan hakimiyyətdən sui-istifadə etməyə və beynəlxalq birliyin digər üzvlərini qorxutmağa haqqı yoxdur. BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatın vaxtı çoxdan çatıb”, – P.Pavel qeyd edib.

Teqlər: