Mən tərəfdaş ölkələrimizə, o cümlədən Azərbaycana təşkilatın büdcəsinə etdikləri ödənişlərə görə təşəkkürümü bildirirəm.
AzerTimes-ın BMT-yə istinadən verdiyi məlumata görə, bunu təşkilatın rəsmi nümayəndəsi Farhan Haq brifinq zamanı deyib.
Onun sözlərinə görə, Əlcəzair, Azərbaycan, Bruney Darüssalam, Koreya Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam öz ödənişlərini tam həyata keçirib və siyahıdakı ölkələrin sayı 37-yə çatıb.