BMT Suriya araşdırma komissiyası aprel ayında Suriyanın İdlib şəhərinə Bəşər Əsəd rejimi tərəfindən edilən hücumla bağlı hesabat yayımlayıb.
Hesabatda hökümət qüvvələrinin bölgədə sarin qazından istifadə edildiyi bildirilir. Bu günə qədər isə Suriyada 33 növ kimyəvi silahlardan istifadə edilib. Əsəd rejimi tərəfindən istifadə edilən kimyəvi silahların sayının 7 olduğu və bu dövrün mart-iyul aylarını əhatə etdiyi deyilir.
Suriya müvəqqəti hökümətinin səhiyyə naziri Fərras Cundi İdlibə Əsəd qüvvələri tərəfindən kimyəvi hücum edildiyini və 100-dən çox mülki vətəndaşın öldüyünü, 500-dən çox vətəndaşın qazın təsirinə məruz qaldığını demişdi.
BMT-nin açıqladığı digər məlumat isə Hələbə edilən hücum barədədir. Bildirilir ki, Hələbin Cinə kəndinə edilən və 33 nəfər mülki vətəndaşın öldüyü hava hücumu ABŞ tərəfindən edilmişdi.