BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər

Bakı Trend:

Tunis, Norveç və Çin Fələstin-İsrail münaqişəsi zonasındakı gərginliyin eskalasiyasını müzakirə etmək üçün BTM Təhlükəsizlik Şurasının yaxın zamanda açıq iclasının keçirilməsini istəyiblər.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a Təhlükəsizlik Şurasındakı mənbə deyib.


Mənbə bildirib: “Çin,Tunis və Norveç Fələstin və İsrail ətrafındakı vəziyyətlə bağlı cümə günü açıq görüşün keçirilməsini istəyib. Qərar yaxın zamanda cari ay Təhlükəsizlik Şurasının sədri olan Çin tərəfindən qəbul ediləcək”.