Rusiya-Ukrayna müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının
daimi üzvü olan 5 ölkənin (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa,
Çin) veto hüququ məhdudlaşdırılır.
AzerTimes-ın TurkicWorld-a
istinadən məlumatına görə, Təhlükəsizlik Şurasının daimi üzvlərinin
veto hüquqlarından istifadəsini azaltmağı planlaşdıran qanun
layihəsi gündəmə gətirilib.
ABŞ başda olmaqla 50 ölkənin dəstəklədiyi qanun layihəsinə Böyük
Britaniya, Fransa, Çin və Rusiya münasibət bildirməyib.
Qeyd edək ki, layihəyə əsasən, Təhlükəsizlik Şurasının daimi
üzvlərindən biri səsvermədə vetodan istifadə edərsə, 10 gün ərzində
bu qərarını əsaslandırmalı və izah etməlidir.
Xatırladaq ki, İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə
yaradılmış BMT Təhlükəsizlik Şurası o vaxtdan bəri Rusiyanın 143
dəfə, ABŞ-ın 86 dəfə, Böyük Britaniyanın 30 dəfə, Çin və Fransanın
isə 18 dəfə verdiyi səslərə veto qoyub və onları ləğv edib.