Yanvarın 31-də BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafında baş verən vəziyyətlə bağlı iclas keçirəcək.
AzerTimes TASS-a istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının sədri, Norveçin Ümumdünya Təşkilatındakı daimi nümayəndəsi Mona Juul jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, görüş ABŞ-ın tələbi ilə baş tutacaq.