BMT Təhlükəsizlik Şurası Efiopiya hakimiyyətinin təşkilatın yeddi işçisini ölkədən çıxarma qərarı fonunda bu ölkədəki vəziyyəti və Şimali Koreyanın raket buraxılışlarını nəzərdən keçirəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə İrlandiyanın BMT-dəki daimi nümayəndəsi Bern Neyson bildirib.
O qeyd edib ki, BMT təşkilatın yeddi əməkdaşının geri çağırılmasının əsaslı səbəblərini görmür.
Diplomatın sözlərinə görə, Təhlükəsizlik Şurası KXDR-in raket sınaqları ilə bağlı dərin narahatlığını ifadə etməlidir:
“Ballistik raket buraxılışlarından narahatıq. Bu qəbuledilməzdir. Təhlükəsizlik Şurasının bu narahatçılığını ifadə etməsini istəyirik”.