BMT Təhlükəsizlik Şurası Myanmada qətl törədənləri məsuliyyətə cəlb olunmasını çağırıb

BMT Təhlükəsizlik Şurası Myanmada 35 nəfərin qətl edilməsinin arxasında duranların məsuliyyətə cəlb olunmasını tələb edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Təhlükəsizlik Şurası açıqlama yayıb.

Açıqlamada qeyd olunub: “Təhlükəsizlik Şurasının üzvləri dekabrın 24-də Karen ştatında uşaqlar və “Save the Children” (beynəlxalq qeyri-hökumət) təşkilatının iki üzvü də daxil olmaqla ən azı 35 nəfərin öldürülməsini pisləyirlər”.


Bildirilib ki, BMT Təhlükəsizlik Şurasına üzv ölkələr bu qətlin arxasında duranları “məluyyətə cəlb olunmasını” çağırıb.