BMT Təhlükəsizlik Şurası (TŞ) 22 iyun tarixində Əfqanıstandakı vəziyyət və bəynəlxalq təşkilatının bu ölkədəki missiyası ilə əlaqədar yüksək səviyyəli bir toplantı keçirməyi planlaşdırır.
AzerTimes-ın məlumatına görə, bunu Estoniyanın BMT-dəki Daimi Nümayəndəsi Sven Yurqenson iyun ayında BMT Təhlükəsizlik Şurasına (TŞ) Estoniyanın sədrliyinin başlaması ilə əlaqədar keçirdiyi mətbuat konfransında bildirdi.
O qeyd edib: “UNAMA, Əfqanıstan üzrə yüksək səviyyəli görüş keçirməyi planlaşdırırıq, bu mütəmadi bir görüş olacaq”.
BMT Təhlükəsizlik Şurasının iyun ayı iclaslarının cədvəlində bu tədbirin 22 iyun tarixində keçirilməsi planlaşdırılır.