BMT sülhün bərqərar olması məsələsində Azərbaycanla əməkdaşlığın davamına ümid edir – BMT rəsmisi

BMT sülhün bərqərar olması məsələsində Azərbaycanla əməkdaşlığın
davamına ümid edir.

Trend-in
məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində keçirilən
BMT simulyasiya konfransı zamanı deyib.

Onun sözlərinə görə, BMT və Azərbaycan Dayanıqlı İnkişaf
Məqsədlərinə doğru birgə addımlayır.

BMT rəsmisi bildirib ki, bu il Azərbaycanın BMT ailəsinə daxil
olmasının 30 illiyi münasibətilə təşkilatla Azərbaycan arasında
münasibətlər üçün vacib ildir.

“Bununla əlaqədar olaraq 2022-ci ildə müxtəlif tədbirlər
keçiriləcək”, – V.Andreyeva deyib.

O, həmçinin çıxışı zamanı ərzaq çatışmazlığı, işsizlik kimi
qlobal problemlərdən danışıb və bildirib ki, bu problemlər
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmanın gündəliyindədir.

“Sülhün bərqərar olunmasına kömək etmək BMT-nin əsas
prinsiplərindən biridir və biz bu sahədə Azərbaycanla əməkdaşlığın
davamına ümid edirik”, – BMT nümayəndəsi bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: