BMT sülhməramlısı Malinin şimal-şərqindəki Kidal şəhəri yaxınlığında patrul xidməti zamanı minaya düşərək həlak olub.
AzerTimes xəbər verir ki, bu barədə BMT nümayəndəsi Əl-Qasim Vane məlumat verib.
“Bu səhər Kidalda patrul xidməti zamanı minaya düşən sülhməramlılarımızdan birinin ölümü məni kədərləndirdi. Malidə xidmət edərkən dünyasını dəyişən həmkarlarımızın uzun siyahısına əlavə olunacaq dəhşətli xəbərdir”, – Vane bildirib.