BMT Şimali Koreyaya qarşı növbəti sanksiya qoydu

BMT Şimali Koreyaya qarşı növbəti sanksiya qoydu

Birləşmiş Millətlər təşkilatı Şimali Koreya əleyhinə növbəti sanksiya qərarını verib.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara əsasən Şimali Koreyanın neft, qaz və tikiş məhsulları satışına qadağa qoyulacaq.

Sanksiya layihəsi ABŞ tərəfindən irəli sürülüb.

Qeyd edək ki, qısa müddət əvvəl qəbul edilən sanksiyalar paketi də ABŞ tərəfindən hazırlanmışdı.

Qərar Şimali Koreyanın nüvə və ballistik raket proqramları ilə mübarizə məqsədilə qəbul edilib.