BMT Rusiyadan bu məhsulların ixracı üzrə işçi qrup yaradacaq

BMT Rusiyadan bu məhsulların ixracı üzrə işçi qrup yaradacaq

BMT Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracı üzrə özəl sektor və dövlətlərlə koordinasiya etmək üçün işçi qrupu yaradacaq.

AzerTimes xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq məlumat verib.

“BMT üzv ölkələri və özəl sektoru dəstəkləmək və əlaqələndirmək üçün inkişaf üzrə işçi qrupu yaradacaq. O, əsasən maliyyə, logistika və sığorta sektorlarında sanksiyaların həddən artıq icrası nəticəsində yaranan qida və gübrə ticarətində pozuntularla mübarizəyə diqqət yetirəcək”, – Haq qeyd edib.

Teqlər: