Birləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgələrinə səfər edəcəklər.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.
Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş zəlzələdən zərər çəkmiş ölkələrin rəhbərləri ilə əlaqə saxlayıb və təşkilatın fövqəladə hallar qruplarının bölgəyə səfərbər olunduğunu bildirib.