Öz təhlükəsizlikləri üçün BMT sülhməramlı qüvvələri Livanın cənubundakı döyüş bölgəsindən çıxmalıdır.
AzerTimes xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Mən birbaşa BMT baş katibinə müraciət etmək istəyirəm: BMT-nin Livandakı sülhməramlılarını Hizbullah qalalarından və döyüş bölgələrindən çıxarmağın vaxtı çatıb. Sülhməramlı qüvvələri təhlükədən uzaqlaşdırın. Bunu dərhal etmək lazımdır”, – Netanyahu bildirib.