ABŞ və Böyük Britaniya Yəmənə silsilə hava zərbələri endirməklə bütün beynəlxalq qanunları pozur.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov BMT Təhlükəsizlik Şurasının Qırmızı dənizdəki hücumlarla bağlı Yəmən Ənsarullahına qarşı qəbul etdiyi 2722 saylı qətnamədən danışıb.
“Bu qətnamə heç bir şəkildə Yəmənin bombalanması haqqını vermir”, – o bildirib.