Xəbər - Orxan Nəbiyev – Trend:
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb.
AzerTimes-ın məlumatına görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Zvezda” telekanalına müsahibəsində deyib.
O bildirib ki, noyabrda münaqişə başa çatandan sonra təşkilata müraciət olunub:
“Biz BMT-nin mina əleyhinə mərkəzinə müraciət etdik. O ərazilər tamamilə minalanıb. İnsanlar oraya qayıda bilmir. İndiyə qədər kimsə gəlib? Hələ ki, heç kim”.
Nazir vurğulayıb ki, hələlik bölgədə rusiyalı istehkamçılar işləyir.