İyunun 8-i BMT Baş Assambleyası Rusiya və Çinin ABŞ-ın Şimali Koreyaya qarşı yeni sanksiyalarla bağlı təklif etdiyi qətnaməyə Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməsini müzakirə edəcək.
AzerTimes xəbər verir ki, bunu BMT Baş Assambleyasının 67-ci sessiyasının sədrinin nümayəndəsi Polina Kubiak deyib.
“İyunun 8-də “BMT sisteminin gücləndirilməsi” mövzusunda plenar iclas keçiriləcək. İyunun 26-da BMT Təhlükəsizlik Şurasının kütləvi qırğın silahlarının yayılmaması mövzusunda keçirilən iclasına dair debatlar olacaq”, – Kubiak qeyd edib.