Birləşmiş Millətlər Təşkilatı (BMT) kifayət qədər maliyyə olmadığı üçün 2023-cü ilin yanvarında Pakistana ərzaq yardımını dayandıra bilər.
AzerTimes xəbər verir ki, bu sözləri BMT-nin Pakistandakı rezident əlaqələndiricisi Julyen Harnis deyib.
O bildirib ki, ərzaq dəstəyi proqramını həyata keçirmək üçün 816 milyon dollardan istifadə olunmalıydı. Ancaq yardımın paylanmasına cavabdeh olan BMT qurumları və digər qeyri-hökumət təşkilatları beynəlxalq donorlardan cəmi 262 milyon dollar alıb.
“Bu, dərin narahatlıq doğurur. Çünki dünyada digər fövqəladə hadisələrə cavab tədbirləri daha yüksək olur. Ancaq biz burada (Pakistanda) oxşar maliyyə almırıq”, – nümayəndə bildirib.