BMT və UNİSEF nümayəndələri Qərbi Azərbaycan əyalətinin Xoy mahalında zəlzələ nəticəsində dağılmış bölgələrə səfər ediblər.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, onlar zəlzələdən zərər çəkən azərbaycanlılarla görüşüb, onların vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, yanvarın 28-i Xoy şəhərində baş verən 5.9 bal gücündə zəlzələdə 13200 ev xəsarət alıb, 130 min nəfər çadır düşərgələrinə yerləşdirilib. Zərər çəkənlərin bir çoxu hələ də çadırlarda yaşayır. Onlara evlərinin bərpa ediləcəyi ilə bağlı vədlər yerinə yetirilməyib.