BMT nümayəndələri DOST Agentliyində olublar (FOTO)

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyinin üzvləri ilə görüşüb. Görüşdə BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin müavini Çaru Bist və sosial məsələlər üzrə proqram müşaviri Leyla Fətxi iştirak ediblər.

BMT tərəfindən təqdim olunan “Dövlət Xidmətləri Mükafatı”na DOST Agentliyinin namizədliyinin təqdim olunması müzakirə olunub və bu sahədə əməkdaşlıq barədə müzakirə aparılıb. Qonaqlara DOST Agentliyinin hazırkı fəaliyyəti və gələcək planlarına dair məlumat verilib.

Görüşdən sonra qonaqlar 1 saylı Bakı DOST Mərkəzinin işi ilə tanış olub, vətəndaşlara göstərilən xidmət prosesini izləyiblər.

Teqlər: