Mərkəzində Təhlükəsizlik Şurasının dayandığı BMT təhlükəsizlik arxitekturası pozulub və sülhü dəstəkləmir.
AzerTimes xəbər verir ki, bunu BMT-nin keçmiş baş katibi Pan Gi Mun deyib.
“Bu sistem pozulub, köhnəlib və səmərəsizdir. Sülhü, təhlükəsizliyi və günahsız insanların həyatını qorumaqla bağlı ən mühüm funksiyasını yerinə yetirə bilmir. Bəzi daimi üzvlər 1945-ci ildə onlara verilmiş veto hüququndan sui-istifadə etdikləri üçün şura qaynar münaqişələrin həllində dalana dirənib”, – keçmiş baş katib bildirib.