BMT-nin sülhməramlıları bu ölkədən çıxır

BMT-nin sülhməramlıları bu ölkədən çıxır

Üsyançılara qarşı mübarizəni dəstəkləyən Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Missiyası Konqo Demokratik Respublikasından çıxarılır.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, sülhməramlı missiya Konqo hökumətinin tələbi əsasında ölkədən çıxarılır.

Məlumata görə, artıq sülhməramlı missiyanın Bukavu şəhəri yaxınlığındakı ən böyük bazası da bağlanıb.

Qeyd edək ki, baza ilin sonuna kimi bağlanması planlaşdırılan digər bazalarla birlikdə Konqo ordusuna təhvil veriləcək.

Teqlər: