Livanın cənubunda yerləşən BMT sülhməramlılarının qərargahı raket zərbəsinə məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd olunur ki, Livanın “Hizbullah” hərəkatı ilə İsrail arasında atışma zamanı BMT-nin Livanın cənubundakı Ən-Nakura şəhərindəki sülhməramlı missiyasının qərargahına raket düşüb.