BMT-nin İnsan Hüquqları Şurası avqustun 24-ü Cenevrədə Əfqanıstanla bağlı xüsusi iclas keçirəcək.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Şuranın mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, xüsusi sessiya “Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi narahatlıq” ilə bağlı olaraq Əfqanıstan, Pakistan və İslam Əməkdaşlıq Təşkilatının koordinatorunun tələbi ilə keçirilir.
Bildirilir ki, iclasın keçirilməsini 89 dövlət dəstəkləyib.