BMT-nin İnkişaf Proqramı və Aİ Azərbaycan şəhərlərinə dəstək göndərmək niyyətindədir

BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı (Aİ) Azərbaycan
şəhərlərinə dəstək göndərmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu BMT İnkişaf
Proqramının Azərbaycandakı məsul əməkdaşı Suhrob Hocimatov “Mayors
for Economic Growth Facility” proqramı çərçivəsində keçirilən
tədbir zamanı deyib.

“Biz Aİ-dəki tərəfdaşlarımızla ümid edirik ki, bu layihə
çərçivəsində Azərbaycan şəhərləri öz planlarını əhalinin rifahı
naminə reallaşdıra biləcək”, – deyə o bildirib.

S.Hocimatov qeyd edib ki, koronavirus pandemiyası şəhər və digər
yaşayış məntəqələri üçün böyük sınaq oldu.

“Bu gün bələdiyyə başçılarının əlində məşğulluq səviyyəsinin
artırılması, dayanıqlı artım prosesinin bərpası və sürətlənməsi
üçün imkanlar mövcuddur”, – BMT nümayəndəsi deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: