BMT-nin İl-76-nın “Patriot”la vurulmasına reaksiyası

BMT-nin İl-76-nın “Patriot”la vurulmasına reaksiyası

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiyanın İl-76 təyyarəsinin “Patriot” raketi ilə vurulması ilə bağlı beynəlxalq araşdırma çağırışını şərh etməyib.

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Düjarrik ona ünvanlanan sualı belə cavablandırıb:

“Bu, çox ümumi sualdır. Gəlin görək, bizə sorğu gəlib-gəlmədiyinə və bunun nə ilə nəticələndiyinə baxaq, sonra məsələ ilə bağlı şərh verə bilərik”.

Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.

Ötən gün isə Rusiya Prezidenti Vladimir Putin açıqlamasında təyyarənin “Patriot” zenit raket kompleksi ilə vurulduğunu bildirib.

Teqlər: